“Müharibənin kölgəsi Avropanın qapısını döyməyə başlayıb, ona görə də region hazır olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın ordu naziri Al Karnes deyib.
Ordu naziri vurğulayıb ki, NATO ölkələri (ümumilikdə 32 üzv) Rusiyaya cavab verməyə hazır olmalıdır.
“Avropa artıq seçim müharibələri ilə deyil, ağır itkilərlə nəticələnəcək zərurət müharibələri ilə üzləşir”, - Karnes qeyd edib.