Medvedev Trampı ələ saldı

“ABŞ Donald Trampın söz verdiyi kimi, Rusiya sahillərinə nüvə sualtı gəmiləri göndərməyib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Triller serialı”nın yeni epizodu. Tramp Rusiya sahillərinə göndərdiyi iddia edilən sualtı gəmiləri bir daha xatırladıb və onların “çox yaxşı gizlədilməsində” təkid edib. Necə deyərlər, qaranlıq otaqda qara pişik tapmaq çətindir - xüsusən də orada yoxdursa”, - sədr müavini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Medvedevi “axmaq adam” adlandıraraq, onun təhdidlərinə cavab olaraq bir neçə sualtı gəminin Rusiya sahillərinə göndərildiyini açıqlamışdı.