
Politoloq: ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür
13:58 24.10.2025
Dünya
570
Onların yeni dünya düzəni qurmaq planları reallıqdan uzaq görünür
Elçin Xalidbəyli: Nə Tramp-Putin, nə də ABŞ-Rusiya ortaq şəkildə hər hansı qlobal prosesi idarə edə bilərlər
ABŞ və Rusiyanın qlobal güc balansını yenidən müəyyənləşdirmək uğrunda atdıqları addımlar diqqət çəkir. Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasına müsahibəsində bildirib ki, Donald Tramp və Vladimir Putin yeni dünya nizamı qurmağa çalışırlar və Avropa Birliyinə o qədər də rəğbət bəsləmirlər. Vuçiç qeyd edib ki, onların danışıqları yalnız Ukrayna ilə məhdudlaşmır, həm də Arktika, nadir metallar, enerji resursları və digər strateji sahələri əhatə edir. Bu isə göstərir ki, yeni dünya düzəni yalnız iki ölkənin iradəsi ilə həyata keçirilə bilməz.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Serbiya lideri Aleksandr Vuçiçin bəyanatlarında müəyyən həqiqətlərə toxunduğunu bildirib:

"Doğrudan da, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin dünyanın yenidən bölüşdürülməsində maraqlı olduqlarını gizlətmirlər. Hətta onlar yeni dünya düzəni qurmaq niyyətlərini də açıq şəkildə ifadə edirlər.
Lakin burada önəmli məqamlardan biri ondan ibarətdir ki, bu prosesi nə ABŞ, nə də Rusiya təkbaşına həyata keçirə bilər. Çünki dünyada ABŞ və Rusiyadan fərqli olaraq, avanqard mövqeyə malik digər dövlətlər, eləcə də Avropa Birliyi kimi nəhəng beynəlxalq qurumlar mövcuddur. Bu siyasi güc mərkəzləri yeni dünya düzəninin formalaşdırılması prosesində öz maraqlarını qorumaqda və orada layiqli yer tutmaqda israrlı olacaqlarına şübhə yoxdur".
Analitik ABŞ və Rusiyanın ortaq fəaliyyət göstərməsinin, praktiki baxımdan, mümkünsüz olduğunu vurğulayıb:
"Son hadisələr də göstərir ki, Tramp və Putin arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunsa da, Rusiya sonradan bu razılaşmaları kobud şəkildə pozur. Nəticədə Trampın qarşıya qoyduğu məqsədlərin reallaşması baş tutmur.
Beləliklə, Tramp və Putinin razılaşmaları demək olar ki, heç bir pozitiv nəticə vermir. Buna görə də əminliklə demək olar ki, nə Tramp-Putin, nə də ABŞ-Rusiya ortaq şəkildə hər hansı qlobal prosesi idarə edə bilərlər. Bu baxımdan, onların yeni dünya düzəni qurmaq planları reallıqdan uzaq görünür və həyata keçmə ehtimalı olduqca aşağıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm