İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
13:35 28.10.2025
Gündəm
382
İstanbul Baş Prokurorluğu tərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Mərdan Yanardağla bağlı yeni iddialar yayılıb.
Sherg.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyənin rəsmi nəşrləri (“TRT Haber” və “Anadolu”) istintaq işi ilə bağlı detalları açıqlayıblar.
Qeyd edək ki, “casusluq” işi çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu, onun yaxın adamı hesab edilən Necati Özkan və Mərdan Yanardağ barəsində həbs qərarı çıxarılıb.
Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunur ki, cinayət işi çərçivəsində saxlanılan şübhəli şəxs Hüseyn Gün 2023-cü ildə keçirilən seçkilərdən təxminən bir ay əvvəl Yanardağa iki dəfəyə 15 min avro göndərib. Hüseyn Günün köməkçisi B.Y.-nin ifadəsinə əsasən, bu məbləğlər “Seyrantepədə yerləşən ofisə şəxsən zərf içində” çatdırılıb.
B.Y. ifadəsində bildirib ki, Hüseyn Gün ona “Merdan bəyi dəstəkləyirik” deyərək zərfi çatdırmağı tapşırıb. Bank araşdırması nəticəsində Günün hesabından 19 aprel 2023-cü ildə 10 min avronun çıxarıldığı təsdiqlənib. MASAK hesabatında qeyd olunur ki, 2018–2025-ci illər arasında Günün hesabından 117 milyon lirədən çox məbləğdə nağd pul çıxarılıb.
İstintaq materiallarında Günün ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələrdəki maliyyə dairələri ilə təmasda olduğu, “Avicenna Holding” və “Avicenna Capital” kimi şirkətləri 2005-ci ildə təsis etdiyi bildirilir. Məlumata görə, həmin şirkətlər formal şəkildə mövcud olsa da, real iqtisadi fəaliyyət göstərməyib və müdafiə sənayesi sahəsində pərdələnmiş maliyyə dövriyyələri aparılıb.
İlkin ifadələrdə Hüseyn Günün “Cellcrypt” adlı şifrələmə proqramını dövlət qurumlarına təklif etməyə çalışdığı, bu proqram vasitəsilə yüksək vəzifəli şəxslərin telefonlarına daxil olma imkanı əldə edilməsinin mümkün olduğu qeyd edilib. İstintaq bu proqramın Böyük Britaniya kəşfiyyatına bağlı fəaliyyət göstərə biləcəyi ehtimalını da araşdırır.
İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
“Hüseyn Gün o dövrdə Böyük Britaniyanın MI6 kəşfiyyat xidməti ilə əlaqədə olub, həmçinin Açıq Cəmiyyət Fondunun nümayəndələri ilə görüşərək müəyyən layihələr üçün maliyyə istəyib. Məqsəd isə regionda, o cümlədən Azərbaycanda müxalif qüvvələri gücləndirmək və siyasi proseslərə təsir göstərmək olub”, - qeyd olunur.
Mənbə həmçinin iddia edib ki, Gün bu dövrdə Özbəkistanda hakimiyyəti devirmək məqsədilə də fəaliyyət göstərib və bunun üçün həm ingilis kəşfiyyatı, həm də Corc Sorosa məxsus Açıq Cəmiyyət Fondundan maliyyə axtarışına çıxıb.
İfadələrdə Hüseyn Günün İsrail və Afrika ölkələrinə tez-tez səfərlər etdiyi, həmin ölkələrdə müxtəlif gizli görüşlər keçirdiyi də bildirilir. Günün avtomobilində siqnal bloklayıcı cihazlar saxladığı, polis nəzarətindən yayınmaq üçün texniki vasitələrdən istifadə etdiyi də vurğulanıb.
Ü.D.A-nın sözlərinə görə, Gün “Ərdoğana inamın bitdiyini” bildirərək, 2016-cı ildə ətrafındakılara “Türkiyəyə investisiya etməyin, vəsaitlərinizi İsveçrə və İngiltərəyə köçürün” məsləhəti verib.
Qeyd edək ki, bu iddialar hazırda yalnız şahid ifadələrinə əsaslanır və rəsmi ittiham səviyyəsinə çatmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət