ABŞ bizi AB-dən ayıra bilməz - Avstriya

ABŞ-nin Avstriyanı Avropa Birliyindən ayırmaq niyyəti olduğuna dair iddialar ölkənin daxili işlərinə qəbuledilməzdir müdaxilədir.

Axar.az xəbər verir ki, bu barədə Avstriyanın federal kansleri Kristian Stoker deyib.

"Suveren dövlət olaraq, Avstriya öz siyasi qərarlarını yalnız Avstriya xalqının iradəsinə əsaslanaraq qəbul edir. Avstriya heç bir halda kənar şəxslərin ölkənin daxili siyasi kursuna təsir etmək cəhdlərini qəbul etməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə "Defense One" jurnalı ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasından bir sıra çıxarışlar dərc etmişdi.

Bu çıxarışlara əsasən, ABŞ-nin bir neçə Avropa dövləti - Avstriya, Macarıstan, İtaliya və Polşanı AB-dən ayırmaq üçün səylərini gücləndirəcəyi qeyd olunur.

Mətndə həmçinin Avropa Birliyinin miqrasiya siyasəti və söz azadlığına qoyulan məhdudiyyətlər səbəbindən sivilizasiya kimi yoxa çıxdığı iddia edilir.