Amerikanın ABŞ Terrorla Mübarizə Milli Mərkəzi terror təşkilatlarının ən azı 18 min təsdiqlənmiş üzvünün və oxşar qanun pozuntularında şübhəli bilinənlərin ABŞ-də olduğunu güman edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili təhlükəsizlik komitəsində keçirilən dinləmələrdə qurumun rəhbəri Cozef Kent danışıb.
"Hazırda ölkədə sabiq prezident Co Baydenin dövründə ABŞ-yə gələn 18 min terrorçu və şübhəli var", - Kent bildirib.
Nümayəndələr Palatasının üzvləri təəccüblənəndə isə Cozef Kent: "Bu, yalnız bizim bildiklərimizdir", - deyib.