ABŞ prezidenti Donald Tramp doğum əsasında vətəndaşlıq alan əcnəbilərin ABŞ vətəndaşlığından məhrum edilməsinə nail olmağa çalışacağını istisna etməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Politico” nəşrinə müsahibəsində bildirib.
“Sözün düzü, bu haqda heç düşünməmişəm, amma sizə belə deyim: bu çox maraqlı bir məsələdir”, - o bildirib.
21 yanvar tarixində Tramp doğum yolu ilə vətəndaşlıq əldə etməni məhdudlaşdıran fərman imzalayıb.
Onun sözlərinə görə, ABŞ dünyada bu cür qaydaların qüvvədə olduğu yeganə ölkədir.
Qeyd edilir ki, frərman həmçinin, federal agentliklərə vətəndaşlara adətən verilən sənədləri təqdim etməyi qadağan edir.