ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markueyn Mallin seçici siyahılarında hələ də qeydiyyatda olan 400 min vəfat etmiş şəxsin aşkar edildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markueyn Mallin açıqlama verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı dörd ştatda seçkilərdə iştirak üçün qeydiyyata alınmış 250 min ABŞ vətəndaşı olmayan şəxsin də müəyyən edildiyi üzə çıxıb.
Mallin bildirib ki, nazirlik bu problemlə fəal məşğul olan ştatlarla birlikdə işləyib və nəticədə seçici siyahılarında hələ də qeydiyyatda qalan 400 min vəfat etmiş şəxsin adı aşkarlanıb.
Rəsmi bu məlumatların seçici qeydiyyat sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan yoxlamalar zamanı üzə çıxdığını qeyd edib.