
ABŞ-də seçki həyacanı: Tramp hakimiyyətə qayıtmağa can atır
Yusif Nəzərli
00:46 12.01.2024
Dünya
595
İki liderdən başqa demokratlarla respublikaçıların da ümumi mübarizəsi gedir
“Seçkilərə 11 ay zaman qalır. Bayden nə qədər tənqid olunsa da, demokratlar vəziyyəti dəyişəcək qədər güclüdürlər”
ABŞ-də prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, orada prezidentliyə iddialı olan iki əsas şəxs respublikaçı Donald Tramp və demokrat Cozef Baydendir. Hər iki tərəfin kifayət qədər tərəfdarı olsa da, hazırkı dövlət başçısı Baydenin reytinqinin getdikcə azaldığı görünür. Onun xarici siyasətdəki bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır. Sosioloji sorğunun nəticələrinə əsasən, respublikaçıların 49 faizi Trampın yenidən ABŞ prezidentliyinə namizədliyini müdafiə edib. Respondentlərin 12 faizi ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib. Hazırda Trampla Bayden arasında kəskin mübarizə gedir. Hər iki siyasətçi fürsət tapan kimi bir-birini ittiham edirlər. Bəzi ekspertlərə görə, ABŞ-də daxili və xarici siyasəti müəyyənləşdirən “dərin dövlət” var. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, konkret “qırmızı cizgilərdən” kənara çıxarılacağı ağlabatan görünmür. Amma Tramp hakimiyyətə gələrsə, ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır.
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, 2024-ci ili noyabr ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca nəinki ABŞ-də, Yaxın Şəqrdə və Avropada da gərginlik artacaq. Ekspertin sözlərinə görə, C.Bayden hakimiyyətə yenidən gələcəyi təqdirdə dünyada bir çox qaynar nöqtələrin yaranacağı əvvəldən məlumdur:
"Bayden administrasiyası iqtisadiyyatın irəlilədiyini iddia etsə də, gənclər maaşların azlığından, təməl ehtiyacların yetərli olmadığından danışırlar. ABŞ seçiciləri ölkəni iqtisadi baxımdan respublikaçıların daha yaxşı yönəldə biləcəkləri qanətindədirlər. Eyni zamanda D.Trampın qaçqınlarla bağlı sərt açıqlamaları, onları ölkədən çıxaracağı yönündə bəyanatı da amerikalıları qane edir. Bayden yönətimi dövründə Meksikadan gələn axının qarşısının alınmaması səbəbindən ölkədə qaçaq mühacirlərin sayı çoxalıb. Bununla yanaşı, Bayden yaşlılıq və yaddaşsızlıq səbəbindən öz seçiciləri arasında məyusluq yaradıb. Avropa Rusiya ilə gərginliyin artmasından da çox narahatdır".

Analitikin qənaətincə, Baydenin Putinin nüvə təhdidləri qarşısında davam gətirməsi Avropa insanının yaşadığı qorxu və həyəcan üzərindən həyata keçirildi:
"Avropada Ukrayna ilə bağlı fikir ayrılığı olsa da, hələ ki, birlik əzmi nümayiş etdirə bilirlər. Trampın hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlərin normallaşacağı ümidi eks prezidentin Ağ Evə qayıtmaq şansını artırıb. Lakin bu, hələ o demək deyil ki, Tramp hakimiyyətə gələcək. İki liderdən başqa demokratlarla respublikaçıların da ümumi mübarizəsi gedir. Seçkilərə 11 ay zaman qalır. Bayden nə qədər tənqid olunsa da, demokratlar vəziyyəti dəyişəcək qədər güclüdürlər. Lakin Baydenin səhhəti buna imkan verəcəkmi? Bu artıq zamanın məsələsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya