ABŞ-də yanvardan bəri 85 min viza ləğv edilib

ABŞ hakimiyyəti yanvar ayından bəri ümumilikdə 85 min vizanın etibarsızlaşdırıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin "X" platformasında məlumat yayılıb.

“Yanvardan bəri 85 min viza ləğv edilib. Prezident Tramp və dövlət katibi Rubionun: Amerikanı yenidən təhlükəsiz etmək məqsədləri var və onlar yaxın zamanda dayanmayacaqlar”, — açıqlamada bildirilir.

Tramp daha əvvəl açıqlamışdı ki, üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiyanı qadağan etmək istəyir.