ABŞ administrasiyası Kamboca və Tailand hökumətlərini sərhəd boyunca döyüşləri dərhal dayandırmağa və gərginliyi azaltma tədbirləri görməyə çağırır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar Kamboca və Tailand arasındakı sərhəd boyunca bir çox yerdə davam edən döyüşlər və itkilərdən narahatdır. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını, mülki şəxslərin qorunmasını və hər iki tərəfi Prezident Donald Tramp və Malayziyanın Baş naziri Ənvər İbrahimin iştirakı ilə Kamboca və Tailand baş nazirləri tərəfindən imzalanan 26 oktyabr tarixli Kuala Lumpur Sülh Sazişində göstərilən gərginliyi azaltma tədbirlərinə qayıtmağa çağırırıq", - deyə Rubio bildirib.