
ABŞ hərbi qüvvələrinin bölgədə yerləşdirilməsində İran da günahkardır -Politoloq
12:08 20.08.2024
Dünya
617
“İran Xarici İşlər Nazirliyi ABŞ-ın regionda olması ilə bağlı narahatlığını Ermənistan tərəfinə çatdırdıqlarını bildirib”. Bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“İran konkret nəyin narahatlığa səbəb olduğunu açıqlamayıb, lakin ehtimal etmək olar ki, zahiri görünən proseslərlə yanaşı, Tehran üçün risklər yaradan hadisələr də var. Ermənistanda ABŞ (kollektiv Qərb) təsirinin artması faktı göz qabağındadır və bu, Rusiyaya görə baş verir”, – o bildirib.
Abramyan qeyd edib ki, İranın narahatlığının bir çox səbəbi ola bilər: “İrəvan hökumətinə inamsızlıqdan tutmuş, ABŞ-ın İran üçün təhlükə kimi görünən rolunun genişlənməsinə qədər. Digər tərəfdən, ABŞ-ın Ermənistanla illərdir yaxşı, qarşılıqlı faydalı əməkdaşlığı var. Erməni diasporu Vaşinqtonda kifayət qədər aktivdir. Lakin bununla belə İranın narahatlığı əsaslandırmalarla ifadə edilməlidir ki, məsələnin məğzi aydın olsun”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, İranın Ermənistana etiraz bildirməsi gözlənilən idi:

“Hətta kifayət qədər gecikən bir addımdır. Məsələn, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri Ermənistanda yerləşdirildi. Bunun fonunda İranın analoji addım atması gözlənilirdi. Lakin rəsmi Tehran biraz gec hərəkətə keçdi. Ermənistan da ABŞ hərbi qüvvələrinin ərazisində olduğunu gizlətməyə çalışır. Ancaq buna baxmayaraq ABŞ başda olmaqla Qərb ölkələri bölgədə vəziyyəti gərginləşdirmək üçün səylər göstərirlər. Bu isə özlüyündə Ermənistanın necə ikitərəfli oyun oynamasından xəbər verir. Ermənistan İranla əməkdaşlıq üçün səylər göstərir. Məsud Pezeşkianın andiçmə mərasimində Nikol Paşinyanla Əyətullah Xamnei arasında görüş zamanı da İran və Ermənistan əlaqələri ciddi şəkildə müzakirə edildi. Amerika ilə Ermənistanın münasibətləri yüksək səviyyədə olsa da, Xamnei İrəvana bu barədə irad bildirmədi. Əksinə olaraq Zəngəzur dəhlizinin Ermənistanı narahat etdiyini və rəsmi İrəvanın yanında olduğunu açıqladı. Yəni ABŞ hərbi qüvvələrinin bölgədə yerləşdirilməsində Ermənistanla yanaşı, İran da günahkardır. İran Ermənistana vaxtında lazımı rekasiyanı göstərməliydi. Düşünürəm ki, açıq şəkildə olmasa da, qeyri-rəsmi formada Ermənistan İrana izahat verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm