ABŞ İran ərazisində hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri də daxil olmaqla onlarla hərbi hədəfə zərbələr endirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, təxminən altı saat davam edən əməliyyatda qırıcılar, hərbi gəmilər və pilotsuz aparatlarından istifadə olunub.
İran isə cavab olaraq Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ hərbi obyektlərini raketlərlə hədəfə aldığını bildirib. Tehran Şeyx İsa, Əli əs-Səlim, Əhməd əl-Cabir və "Muvaffaq Salti" aviabazalarına zərbələr endirildiyini, hərbi texnika və infrastrukturun məhv edildiyini iddia edib. ABŞ və region ölkələri isə bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.