ABŞ Venesuela yaxınlığında neft tankerini saxladı

ABŞ ordusu Venesuela sahillərində neft tankerini saxlayıb.

Teleqraf xəbər verir ki, ABŞ rəsmiləri tankerin saxlanmasını “məhkəmə qərarı ilə həyata keçirilən tədbir” kimi qiymətləndirib.

Venesuela tərəfi hələlik hadisə ilə bağlı şərh verməyib.

"Bloomberg" qeyd edir ki, Vaşinqtonun hərəkətləri iki ölkə arasında ciddi eskalasiyadan xəbər verir. Tankerin saxlanması Venesuela neftinin ixracına əhəmiyyətli dərəcədə mane ola bilər, çünki yükgöndərənlər daşımaları həyata keçirməkdən ehtiyat edəcəklər.