
Analitik: Tramp noyabrda keçiriləcək seçkilərdə demokratlar üzərində ikinci qələbəsini elan edəcək
13:27 12.02.2024
Dünya
719
Donald Trampın prezident seçiləcəyi təqdirdə sanksiya təzyiqlərinin artmasına və aktiv bazarında şoka hazır olmalıyıq.
Bu barədə İran parlamentinin Araşdırmalar Mərkəzinin başçısı Babək Nigahdari deyib.
“Tramp prezident olsa, ABŞ Çini cilovlamaq istiqamətində səylərini artıracaq və nəticədə bu ölkənin İran neftinin alışı azalacaq”, - Nigahdari xəbərdarlıq edib.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı "Sherg.az"a söyləyib ki, bu fikirlərdə həqiqət payı az deyil:
"Babək Nigahdari bir növ həyəcan təbili çalır. İranın rəsmiləri yaxşı bilirlər ki, əvvəlki dörd illik hakimiyyəti dönəmində Tramp xarici siyasətdə daha çox iqtisadi əlaqələrə önəm verib. Məhz bunun nəticəsi idi ki, onun dövründə iqtisadiyyat daha da güclənmişdi. Yəni respublikaçı prezident müharibələrdən daha çox iqtisadiyyata üstünlük verirdi. Bayden hakimiyyətə gəldikdən sonra demokratların yürütdüyü siyasəti ölkəsinə qaytardı. Bundan sonra isə İran kimi ölkələr bir qədər nəfəs almağa başladılar. Həmin ölkələrə tətbiq edilən sanksiyalar əvvəlki illərə nisbətdə bir qədər azaldı. Məhz Baydenin siyasətinin nəticəsidir ki, Rusiya Ukraynaya təcavüz edib, bu ölkəni viran qoydu. Son zamanlarda Amerika-Çin əlaqələrində xeyli yumşalma müşahidə olunur. Bunu isə, Rusiya, İran kimi güclər istəmirlər. Onlar Çin iqtisadiyyatının gücünə az bələd deyillər. Eyni zamanda, Pekinlə müttəfiqlikdə maraqlıdırlar. Qütbləşən dünyada Çinə hər bir ölkənin böyük ehtiyacı var. Bu baxımdan Babək Nigahdarinin açıqlamaları başadüşüləndir. Amma istənilən halda Amerika-Çin əlaqələrinin bundan sonra kövrək notlara söykənəcəyini düşünürəm. Çünki, bir deyim var, “iki qoçun başı bir qazanda qaynamaz”. Necə ki, Amerika-Rusiya münasibətlərində “qaynamır”, eləcə də, Rusiya-Çin münasibətlərində analoji durum təkrarlanacaq”.

Siyasi şərhçi Trampın qələbə şanslarını yüksək göründüyü də vurğulayıb:
“Böyük ehtimalla Tramp Baydenlə revanş savaşına girəcək. Hər iki şəxsin müəyyən qədər zəif tərəfləri var. Trampın keçmişi önə çəkilir və qadın təcavüzləri ilə bağlı ittihamlar var. Bir sözlə onun namizədliyinin qarşısının alınması üçün bütün yollara baş vurulur. Amma Trampın seçki vədləri insanlar üçün daha cəlbedici gəlir. Baydenin isə, yaş məsələsi, qocalıqdan yönəlik sərgilədiyi davranışlar tez-tez gündəmə gətirilir. Doğrudur, Tramp da yaşlı sayılır. O Baydendən 4 yaş kiçik olsa da, gümrah görünür. Bu da seçkidə həlledici rol oynaya bilər. Tramp qalib gələcəyi təqdirdə Rusiya-Ukrayna savaşını bitirəcəyini bəyan edib. Bunu da Amerika cəmiyyəti çox istəyir. Bu seçki vədi də onun işinə yaraya bilər. Bir sözlə indiki durumda Tramp daha şanslı görünür və böyük ehtimalla o qalib gələcək. Necə ki, hakimiyyətdə olduğu 4 il ərzində onu impiçment edə bilmədilər, eləcə də seçkiyə gedən yolunu kəsə bilməyəcəklər. Tramp noyabrda keçiriləcək seçkilərdə demokratlar üzərində ikinci qələbəsini elan edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya