Ankara Ukrayna-Rusiya gərginliyini azaldacaq
Ankara Ukrayna-Rusiya gərginliyini azaldacaq
Yusif Nəzərli
20:20 30.11.2021
Dünya
780
Kiyev üçün də irəliləyişin yeganə yolu Türkiyə-Rusiya masası görünür
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya münaqişəsində vasitəçi olmaq istəyir və bunu Putinlə müzakirə etdiyini bildirir”.
Bu barədə “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Ankaranın hədəfi Ukraynanı Türk Dövlətləri Təşkilatına gətirmək, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada güclənmək və bu prosesdə Moskva ilə üz-üzə gəlməməkdir:
“Ukrayna üçün də münaqişənin həllində irəliləyişin yeganə yolu Türkiyə-Rusiya masası görünür. Qərbin prosesdə iştirakı indiyə qədər heç bir nəticə verməyib, əksinə, Rusiyanın aqressiyasının artması ilə nəticələnir.
Rusiya güc balansını bölüşdürəcəyi tərəfin Qərb yox, Türkiyə olmasında maraqlıdır. Cənubi Qafqaz və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da Ankara-Moskva tandemi effektli ola bilər. Kiyevin son dövrlər Türkiyə ilə yaxınlaşmaq siyasətində münaqişəni bu formatda həll edə bilmək gözləntisi var. Qarabağ məsələsi göstərdi ki, post-sovet məkanındakı münaqişələrin həllində irəliləyişə nail olmaq üçün Qərb-Rusiya qarşıdurmasından yox, Türkiyə-Rusiya əməkdaşlığından yararlanmaq olar. Əks təqdirdə, Rusiyanın dağılmasını, yaxud Kremlə “demokratın” gəlişini gözləmək uzun zaman alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm