Anladılar!- “Türkiyə Rusiya-Ukrayna böhranını aradan qaldıracaq yeganə ölkədir”
Yusif Nəzərli
16:26 11.03.2022
Dünya
526
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Danışıq zamanı tərəflər Rusiya-Ukrayna böhranı, bölgədə baş verən hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini bildirib.
O,həmçinin,böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin hər iki tərəflə danışa bilməsinin və həll axtarışında vasitəçi olmasının vacibliyini qeyd edib.
Politoloq Natiq Miri hazırkı ABŞ-Türkiyə münasibətlərindən “sherg.az”a danışarkən bildirib ki, indi Ağ Ev rəhbərliyi Rusiya-Ukrayna məsələsində birbaşa iştirak edə bilmədiyi və bu prosesdə rəsmi Ankaranı idarə edə bilmədiyi üçün narahatlıq keçirir:
“Fikir verirsinizsə, Türkiyə qlobal səviyyədə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar prosesində iştirak etmədi. Çünki rəsmi Ankara prosesləri çox gözəl anlayır.
O bilir ki,bu əslində Rusiya-Türkiyə arasında müəyyən bir konfiliklə bitəcək məsələ deyil daha böyükdür.
Ona görə də Türkiyə sanksiyalar məsələsində ABŞ-nin istəyi kimi iştirak etməkdən imtina etdi”.
Politoloqun fikrincə, Türkiyə Ukrayna böhranı məsələsində ədalətli mövqe ortaya qoymaqla həm Rusiya, həm də Ukrayna üçün əvəzsiz dövlətə çevrilib:
“Türkiyə yeganə səmimi ölkədir ki, istədiyi bütün geosiyasi maraqlardan kənarda yalnız regionda böyük münaqişənin qarşısını almağa çalışır. Bunu Putin və Zelenski Qərb liderləri ilə söhbətlərində də anladılar.
Ukrayna prezidenti indi Türkiyədən və onun rəhbərindən bərk yapışıb. Çünki onun bu məsələdə heç bir geosiyasi marağının olmadığına inanır. Anlayır ki, Türkiyə Rusiya-Ukrayna böhranını aradan qaldıra biləcək yeganə ölkədir”.
N.Mirinin qənaətincə,hazırda ABŞ-ın Türkiyəyə xoş münasibəti heç də sevgi nümayişi deyil. Sadəcə olaraq indi Ağ Ev rəhbərli ehtiyacı olduğu olduğu üçün rəsmi Ankaranı önəmsəyir:
“Düşünürəm ki , Ağ Evin Ərdoğan hakimiyyətinə qarşı əvvəlki münasibətini qətiyyən dəyişməyib. Sadəcə olaraq o indi gözləmə mövqeyindədir.
Hazırda Türkiyə baş rollardan biridir və onun bu rolundan istifadə etmək ABŞ üçün daha yararlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə