Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ layihə təqdim edəcək
Yusif Nəzərli
18:00 11.11.2021
Dünya
513
Avropa İttifaqı (Aİ) gələn həftə Çinlə qarşıdurma üçün 45,9 milyard ABŞ dollarından çox vəsaitin ayrılmasını nəzərdə tutan strategiyanı təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi müvafiq sənəd layihəsinə istinadən məlumat yayıb.
Brüsselin Pekinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünün həyata keçirilməsinə qarşı çıxmaq niyyətində olduğu iddia edilir.
Agentliyin məlumatına görə, Aİ-nin “Qlobal Gateway” adlı yeni strategiyası dünyanın müxtəlif yerlərində ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələrində layihələrə investisiyaları nəzərdə tutur.
"Bloomberg" yazır ki, vəsaitin Avropa Dayanıqlı İnkişaf Fondunun maliyyə öhdəlikləri şəklində ayrılması planlaşdırılır.
Sənəd layihəsində qeyd olunur ki, gələcəkdə ümumi büdcəsi 91 milyard ABŞ dolları olan Qlobal Avropanın inkişafına yardım proqramı çərçivəsində investisiyalarının həcmi əhəmiyyətli dərəcədə artmalıdır.
Qeyd edək ki, “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Çin Sədri Si Cinpin tərəfindən beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini aktivləşdirmək üçün təklif edilən konsepsiyadır. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilatlar bu təşəbbüsə qoşulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət