Avropa İttifaqının nümayəndələri 2026-cı ildə Polşanı “həmrəylik mexanizmi” çərçivəsində digər ölkələrdən gələn miqrantların qəbul edilməsi üzrə öhdəliklərdən azad etməyə razılaşıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski ittifaqın ədliyyə nazirləri iclasının nəticələrini şərh edərkən məlumat verib.
“Polşa istənilən relokasiya mexanizmlərindən, eləcə də onunla bağlı istənilən xərclərdən azad edilib”,- deyə o bildirib.
Nazirin fikrincə, yüksək ehtimalla Varşava bu istisnadan gələcək illərdə də yararlana bilər. Siyasətçi qeyd edib ki, məsələ Cənubi Avropa ölkələri arasında müəyyən narazılıqlar yaradıb.
Kervinski həmçinin, Avropa İttifaqının 2026-cı ildə təxminən 21 min miqrantı “relokasiya etməyi” planlaşdırdığını diqqətə çatdırıb.