Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz Ukraynadakı vəziyyətlə bağlı ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıblar.
APA xəbər verir ki, bu barədə Sky News hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıq zamanı liderlər ABŞ-ın rəhbərliyilə irəli sürülən sülh təşəbbüsü üzrə danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. "Avropa üçlüyü" Vaşinqtonun Ukraynada ədalətli və dayanıqlı sülhə nail olmaq istiqamətində səylərini alqışlayıb.
“Yaxın günlərdə sülhün təmininə dair plan üzərində intensiv iş davam etdiriləcək”, - deyə mənbə əlavə edib.
Makron isə söhbətin təxminən 40 dəqiqə davam etdiyini bildirib.