
Bayden-Putin görüşü! – “Hərarət” artır:“...Ukrayna poliqona çevrilə bilər”
Yusif Nəzərli
12:00 08.12.2021
Dünya
671
“Ağ Ev rəhbəri ABŞ-ın lap əvvəldən Ukrayna məsələsində Rusiya ilə qarşı-qarşıya gələ biləcəyini deyib”
Rusiya və ABŞ prezidentləri arasında ilk dəfə telekonfrans formatında ikitərəfli görüş keçirilib. Bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.Məlumatda qeyd olunub ki,görüş zamanı prezident Bayden ABŞ-nin və avropalı müttəfiqlərinin Rusiyanın Ukrayna sərhədlərində qüvvələrini artırmasından çox narahatdır. Ağ Ev mütəffiqləri ilə birgə hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək.
Bayden eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Rusiyanı gərginliyi azaltmağa, diplomatiyaya qayıtmağa çağırıb.Tərəflər öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. Görüşdə həmçinin strateji sabitliklə bağlı ABŞ-Rusiya dialoqu,eləcə də regional məsələlərdə əməkdaşlıq müzakirə edilib.
Maraqlıdır, məlum görüşdən və orada səsləndirilən sərt ritorikadan sonra Rusiya rəsmi Kiyevə qarşı hazırkı aqressiv mövqeyindən geri çəkiləcəkmi, yoxsa bütün sanksiyaları gözə alaraq öz separatçı siyasətini davam etdirəcək?

Sualımızı cavablandıran siyasi şərhçi,"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Sherg.az”a bildirib ki, hazırda Ukrayna ətrafında baş verən proseslər Rusiya ilə Qərbi iki hissəyə ayırır:
“Bir tərəfdə rəsmi Moskva digər tərəfdə Qərb region üstündə ciddi mübarizə aparırlar. Vəziyyət müharibə müstəvisinə çıxmasa da, gərgin görünür. Ağ Ev rəhbəri Co Bayden ABŞ-ın lap əvvəldən Ukrayna məsələsində Rusiya ilə qarşı-qarşıya gələ biləcəyini deyib. Amma bunun müharibə ilə nəticələnəcəyi o qədər də inandırıcı görünmür.
Çünki hər iki dövlət güclü orduya malikdir. Əgər burda hərbi əməliyyat başlayarsa, Ukrayna poliqona çevrilər. Bu isə rəsmi Kiyevin dövlət kimi sıradan çıxması ilə nəticələnə bilər”.
Siyasi şərhçi artıq Rusiya sərhəddi boyunca Pribaltika, Polşa, Ruminiya və digər ərazilərdə NATO-nun raket sistemlərinin mövcudluğuna diqqət çəkib:
“Rusiyanın Ukrayna ilə bağlı işğalçılıq marağına düşməsi əslində onun ərazilərinin rahat şəkildə vurulması deməkdir. Qərb ölkələrinin eləcə də NATO-nun Ukraynaya görə rəsmi Moskva ilə birbaşa kələ-kələyə gəlməsi də o qədər də inandırıcı görünmür. Ola bilər hansısa şiddətli gərginlik yaşansın. Amma genişmiqyaslı müharibə ehtimalını istisna edirəm”.
S.Hümbətov liderlərin görüşünə toxunarkən burda Ağ Evin əsas məqsədinin Rusiyaya qarşı sanksiyaların miqdarını artırmaq olduğunu söyləyib:
“Sadəcə olaraq Ukrayna arada bir bəhanədir. ABŞ ondan vasitəçi kimi istifadə edir. Hesab edirəm ki, indi lider dövlətlər arasında böyük bir müharibə təhlükəsi yoxdur. Amma iqtisadi sanksiyalarla bağlı məsələlər gündəmə gələ bilər. Rusiya hazırda Qərbin xüsusilə də Ağ Evin tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkir. Bu sanksiyalar şimal qonşumuzun iqtisadiyyatını son beş ildə iki dəfə zəiflədib.V.Putin belə durumda ABŞ ilə “bazarlıq etmək” istəyir”.
Siyasi şərhçi indiki halda rəsmi Moskvanın Ukraynanı işğal etməsinin bir qədər riskli məsələ olduğunu vurğulayıb:
“Çünki rəsmi Kiyevin həm Türkiyə ilə müttəfiqliyi var, həm də lider dövlətlərdən olan ABŞ açıq şəkildə onu dəstəkləyir. Rusiya bunu gözə ala bilməz. İndi iki tərəf həm çəkindirmək, həm də qarşılıqlı təzyiq prinsipinə əməl edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət