Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) husi silahlı qruplaşmasının Səudiyyə Ərəbistanının cənub bölgəsinə ballistik raketlərlə həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, raket hücumları Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, ölkənin təhlükəsizliyi və sabitliyinə ciddi təhdid yaradır.
Bəyanatda BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirdiyi vurğulanaraq, Krallığın təhlükəsizliyi və sabitliyinin qorunmasına yönəlmiş bütün tədbirlərə dəstək ifadə olunub.