Belarus baş nazirinin müavini: “MDB-nin milli valyutalarında hesablamalara keçid mexanizmi hazırdır”
Yusif Nəzərli
11:48 19.03.2022
Dünya
773
Müstəqil Dövlətlər Birliyi ölkələrində hesablaşmaların milli valyutalarda aparılması, ticarətdə dollar və avrodan asılılığın qarşısının alınması üçün mexanizm hazırdır.
Bunu Belarus baş nazirinin müavini İqor Petrişenko jurnalistlərə bildirib.
“Belə bir mexanizm yaradılmışdı, o, kifayət qədər fəaliyyətsiz, tələb olunmamış vəziyyətdə idi. İndi bankın rəhbəri (MDB Dövlətlərarası Bankı) məlumat verdi: bütün hazırlıq var, səlahiyyətlər təmin edilib. İndi MDB ölkələrinin və biznesin yeganə vəzifəsi milli valyutalarda qarşılıqlı hesablaşmalar üçün dövlətlərarası bankın imkanlarından daha fəal istifadə etməkdir”, - deyə Belarus baş nazirin müavini MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasının yekunlarına dair açıqlamasında bildirib.
Petrişenko deyib ki, “hər bir ölkə dövlətlər arasında ticarətin səviyyəsini nəzərə alaraq hansı milli valyuta ilə qarşılıqlı fəaliyyət göstərəcəyinə özü qərar verəcək”.
“Bizim üçün bu mövzu aktualdır, keçən ildən Belarusun Birlik çərçivəsində ticarət dövriyyəsi 37 % artıb. MDB ölkələrinin ticarətdəki payı isə 60 %-dən çoxdur. Biz Rusiya ilə birlikdə hesablaşmalar üçün MDB Dövlətlərarası Bankının imkanlarından fəal şəkildə istifadə edəcəyik”, - deyə o vurğulayıb.
Mənbə: BelTA
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya