Bir qrup uşaq Ukrayna nəzarətindəki ərazilərə qaytarılıb
13:01 16.09.2025
Dünya
295
Xerson vilayətinin müvəqqəti işğal altında olan ərazilərindən bir qrup uşaq Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün “Telegram” kanalında məlumat yayıb.
Prokudinin sözlərinə görə, geri qaytarılanlar 7-dən 14 yaşadək oğlan və qız uşaqlarıdır. O bildirib ki, bu uşaqlar işğalçı hakimiyyətin təzyiqlərinə, qorxuya və alçaldılmalara məruz qalıblar.
“Bu gün həmin uşaqlar artıq azad Ukrayna torpağında təhlükəsizlikdədirlər, ailələri ilə birgə yardım və dəstək alırlar – sənədləri bərpa olunur və psixoloji reabilitasiya keçirlər,” – OVA rəhbəri vurğulayıb.
O qeyd edib ki, uşaqların geri qaytarılması Ukrayna Prezidenti tərəfindən irəli sürülmüş "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində və “Save Ukraine” xeyriyyə təşkilatının dəstəyi ilə həyata keçirilib.
Eyni zamanda, “Reuters“ agentliyinin “Yale” Universitetinin hesabatına istinadən yaydığı məlumatda Rusiyanın Ukraynalı uşaqları saxladığı 210-dan çox yerin müəyyən olunduğunu və indiyədək Rusiyanın təxminən 35 min ukraynalı azyaşlını qanunsuz olaraq ölkədən çıxardığı bildirilir.
Rusiya tərəfi isə uşaqları onların iradəsinə zidd olaraq apardığını inkar edir və onları döyüş bölgəsindən təhlükəsizliyə görə könüllü şəkildə təxliyə etdiyini iddia edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm