BMT-dən İsrail-HƏMAS müharibəsi ilə bağlı 5-ci cəhd
09:32 15.11.2023
Dünya
339
Dörd uğursuz cəhddən sonra BMT Təhlükəsizlik Şurası beşinci dəfədir ki, İsrail və HƏMAS arasında müharibəyə dair qətnamə hazırlamağa çalışır, lakin ciddi fikir ayrılıqlarını aradan qaldırıb, konsensus əldə edəcəyi hələ məlum deyil. Hazırda danışıqlarda olan cari layihə mülki şəxslərə yardım göstərmək üçün Qəzza zolağında dərhal humanitar fasilələrin olmasını tələb edəcək. Qətnamədə tərəflərdən mülki şəxslərin, uşaqların xüsusi mühafizəsini tələb edən və girov götürülməni qadağan edən beynəlxalq humanitar hüquq xatırladılacaq.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Malta tərəfindən təklif edilən layihədə atəşkəs haqqında heç bir qeyd yoxdur.
“Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan 15 üzvdən ibarət şura müharibə başlayandan bəri daxili parçalanmalar tərəfindən iflic vəziyyətinə düşüb. Çin və Rusiya dərhal atəşkəsə, ABŞ isə humanitar fasiləyə çağırır, atəşkəs haqqında istənilən bir sözə etiraz edir. Əvvəlki dörd cəhddə ABŞ Braziliyanın hazırladığı qətnamə layihəsinə veto qoyub, Vaşinqtonun hazırladığı qətnamə layihəsinə isə Rusiya və Çin veto qoub. Rusiyanın hazırladığı iki qətnamə qəbul üçün lazım olan minimum doqquz səsi toplaya bilməyib. Qətnamədə deyilir ki, humanitar fasilələr bütün ehtiyacı olanlara su, elektrik enerjisi, yanacaq, ərzaq, dərman çatdırmaq üçün BMT, Qırmızı Xaç və digər yardım işçilərinin maneəsiz fəaliyyətini təmin məqsədilə kifayət qədər vaxtı əhatə etməlidir. Fasilələr həm də əsas infrastrukturun təmirinə, təcili xilasetmə və bərpa işlərinin aparılmasına imkan verməlidir”, - məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə