
Borrel hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır
21:36 23.01.2024
Dünya
506
Avropa İttifaqı kimi mötəbər bir qurum saxta və yalan məlumatlarla Azərbaycanı hədəfə gətirib
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Azərbaycan əleyhinə əsassız iddialar səsləndirib. Borrel Azərbaycanın "ərazi iddialarının" narahatlıq doğurduğunu, Ermənistanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu söyləyib. Aİ rəsmisi bəhs etdiyi məqamların Azərbaycanla münasibətlərdə ciddi nəticələrə səbəb olacağını deməyi də unutmayıb. O həmçinin qeyd edib ki, Aİ ölkələri diplomatları qovulmuş (Azərbaycandan) Fransa ilə həmrəylik ifadə edir. Göründüyü kimi, Qərbin bir sıra təsisatları ölkəmizlə bağlı sifarişlər yerinə yetirirlər. Bu, Avropanın müxtəlif ölkələrində Cənubi Qafqaz proseslərində Ermənistanı dəstəkləyən bir qrupun sifarişidir. Həm Sorosçular, həm də Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, AŞ PA, Avropa Parlamenti, həmçinin ABŞ-dəki bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər. Onlar bu məsələlərə Rusiya və İran prizmasından da baxırlar. Amma xatırlatmaq yerinə düşər ki, 30 il ərzində Rusiya və İranın ən böyük dostu elə Ermənistan idi. Bu gün Nikol Paşinyan özünü Rusiyadan uzaq siyasət xətti yürüdən şəxs kimi qələmə versə də, əslində, vəziyyət mövcud reallığı əks etdirmir. Ona görə də Azərbaycanın hansısa ölkələrlə əlaqələrini əsas gətirərək, müxtəlif adlarla ölkəmizə qarşı təzyiq göstərən dairələrin bəhanələrinin və ittihamlarının heç bir əsası yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi də Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır: "Bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır. Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir".
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, bu tip açıqlamaların heç bir əsası yoxdur. Deputat vurğulayıb ki, Avropa İttifaqı kimi mötəbər bir qurum Ermənistanın təqdim etdiyi saxta və yalan məlumatlar əsasında Azərbaycanı hədəfə gətirib, ölkəmizin ünvanına ittihamlar səsləndirir:

"Avropa İttifaqının hansısa narahatlığı varsa, bununla bağlı Azərbaycan dəfələrlə öz mövqeyini bildirib. Lazım olan məlumatları təqdim etmişik. Hesab edirəm ki, bu ittihamlar ötən gün Paşinyanın cənab Prezidenti Qərbi Azərbaycanla bağlı məsələlərdə günahlandırmasından irəli gələn məsələdir. Paşinyan Avropada qeyd edib ki, Azərbaycan hazırkı Ermənistan ərazilərini Qərbi Azərbaycan kimi təqdim edir. Əslində isə biz Avropa İttifaqı və digər müstəvilərdə keçirilən görüşlərdə bu məsələ ilə bağlı öz mövqeyimizi qəti və konkret şəkildə bildirmişik. Zamanında Ermənistan tərəfindən deportasiya olunan azərbaycanlılar öz doğma və əbədi, əzəli torpaqlarına qayıtmalıdır. Paşinyanın əsassız iddialarını əsas gətirərək ölkəmizə qarşı bəyanatları səsləndirmək ən azından məsuliyyətsizlikdir. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Cənab Prezident dəfələrlə açıq şəkildə bu məsələyə öz mövqeyini bildirib. Lakin Avropa təsisatları Azərbaycana qarşı ədalətsiz, ikili standartlar mövqeyindən yanaşırlar. Əgər bu cür yanaşmaların Azərbaycanın haqlı mövqeyinə təsir edəcəyini düşünürlərsə, əlbəttə yanılırlar. Bu cəhdlər heç bir effekt verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə