BRICS liderləri Kazanda keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər

BRICS ölkələrinin liderləri Kazanda keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, BRICS sammitinin yekun bəyannaməsində dünyada vəziyyətin ümumi qiymətləndirmələri və uzunmüddətli perspektivdə hədəflər yer alıb.

Rusiya dövlət başçısı qeyd edib ki, bu sənədin BMT-də yayılması planlaşdırılır.