Polşada ölkənin hərbi peyklərindən birinin kosmosdan çəkdiyi ilk görüntülər yayımlanıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Polşanın kəşfiyyat təyinatlı ilk peykləri noyabrın 28-də Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə Yerə yaxın orbitə buraxılıb.
Qeyd edək ki, bu buraxılış müxtəlif səbəblərdən dəfələrlə təxirə salınmışdı. Bu vaxtadək Polşanın hərbi peyki olmayıb.