
Çinin uyğur zülmü...
02:17 13.02.2024
Dünya
528
Sincan əyalətində internetə də nəzarət gücləndirilib Beynəlxalq qınaqlara baxmayaraq, Çinin uyğurları güc yolu ilə assimilyasiya etməyə yönəlmiş siyasəti dəyişməzdir
Əsasən müsəlman etnik qrupların məskunlaşdığı Çinin Sincan əyaləti fevralın 1-dən yeni qaydalara tabe olmağa başlayıb. Çində dini ifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanun qəbul edilib. Bu qanun hökumətin dini ayinlər üzərində nəzarətini gücləndirib və bu, bölgədə dinə nəzarət etmək üçün daha geniş kampaniyanın bir hissəsidir. Çində 18 yaşına çatmayanların dini aiynlərdə iştirakı və dini təhsili qadağandır. Çində bütün yeni ibadət yerləri “Çin xüsusiyyətlərinə və üslubuna” riayət etməlidir. Məscidlərin görkəmi Çin dizaynına uyğun olmalıdır.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, bu qanun, Sincanda dini azadlıqların aşınması ilə bağlı narahatlıqları artırıb. Beynəlxalq təşkilatlar yeni qaydalarla bağlı narahatlıqlarını bildiriblər:

"Çin hökuməti 2017-ci ildən bəri Sincanda uyğurlara və digər türk müsəlmanlarına qarşı geniş yayılmış insan haqlarının pozulmasında ittiham olunur. Bunlara məhkəməsiz kütləvi həbslər, işgəncələr, itkin düşmələr, daimi nəzarət, dini və mədəni təqiblər, ailələrin ayrılması, məcburi əmək, cinsi zorakılıq və məcburi sterilizasiyalar aiddir. Uyğurların “ekstremist” sayılan geyimləri də məhdudlaşdırılıb. Pekin uyğurların toplandığı yerləri “təhsil düşərgələri” kimi qələmə versə də, xarici mənbələr yüz minlərlə insanın həbsdə qaldığı qənaətindədir, çünki xaricdəki uyğurlar ailələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Beynəlxalq qınaqlara baxmayaraq, Çinin uyğurları güc yolu ilə assimilyasiya etməyə yönəlmiş siyasəti dəyişməzdir. Sincan əyalətində internetə də nəzarət gücləndirilib. İnternet üzərindən yazışmalar və onlayn toplantılar yerli idarəetmə strukturları tərəfindən tam nəzarətə götürülüb".
Ekspert bəyan edib ki, Çin Kommunist Partiyası Sincan əyalətinin siyasi, sosial və dini həyatını tam nəzarətə götürüb: "Pekin qaydaları sərtləşdirməklə əyalətdə yaşayan türk və digər etnik qrupların mümkün etirazlarını qarşısının aldığını düşünür. Pekin hesab edir ki, buna görə beynəlxalq təzyiqlə üzləşməyəcək. Çünki dövlətlərin əksəriyyətinin Çinlə iqtisadi münasibətlərə ehtiyacı var. Pekin bu amildən daxildə nəzarəti gücləndirməklə öz məqsədləri üçün istifadə edir. Buna baxmayaraq, BMT-nin 2022-ci ildə hesabatında Çin hakimiyyətinin Sincan əyalətində insan haqlarını kobud şəkildə pozduğu və insanlığa qarşı cinayət kimi qiymətləndirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət