Dəhşətdir! - "Şəhərlər bombalanır, uşaqlar ölür
Yusif Nəzərli
22:14 04.03.2022
Dünya
480
25 yaşlı Oleksandra: "Ancaq Rusiyada yaşayan anam mənə inanmır"
Ukraynalılar Rusiyada yaşayan valideynlərinin baş verənlərdən xəbərsiz olduqlarını və Ukraynada şəhərlərin bombalandığını, insanların sığınacaqlarda gizləndiyinə inanmadıqlarını "BBC News"a (Türkcə) anladıblar.
Xarkov şəhəri bombardman edilməyə başladığı gündən 4 köpəklə mənzilin hamam otağında gizlənən 25 yaşlı Oleksandra deyib ki, Moskvada yaşayan anasıyla telefon əlaqəsi saxlayır. Şəhərin bombalanmasını videoya çəkib anasına göndərib. Amma anası hətta bu videolara da inanmır: “Valideynlərimi qorxutmaq istəmirdim. Ancaq onlara dinc əhalinin, uşaqların öldüyünü anlatmağa başladım. Mənim üçün narahat olduqlarını desələr də, rus ordusunu dinc əhalini hədəf alacağına əsla inanmadıqlarını, əksinə, Ukrayna ordusunun öz xalqını qətl etdiyini söyləməyə davam edirlər. Bundan dəhşətə gəlirəm. Buna səbəb Rusiya televiziyaları tərəfindən həqiqətin gizlədilməsidir. Anamın dedikləri rus mediasının dedikləridir”. Oleksandra deyib ki, anasının rus spikeri kimi danışması qorxuncdur:
“Rəsmi Moskva insanların beynini “yeyir”. Valideynlərim belə zənn edir ki, burada hərbi əməliyyat icra olunur. Ruslar bizi “müstəqilləşdirmək” üçün gəlir. Heç bir şeyə zərər verməyəcəklər, bizə toxunmayacaqlar. Yalnız hərbi bazaları hədəf alırlar. Valideynlərimdən bunları eşitmək dəhşətdir”. Rusiya telekanalları müharibəyə Ukraynanın təcavüzkar davranışlarının səbəb olduğunu deyir və baş verənləri “özgürlük əməliyyatı” adlandırırlar. Bəzi ruslar müharibəyə etiraz əlaməti olaraq küçələrə çıxsa da, telekanallar bunu efirə vermir.
Kiyevdə restoran işlədən Mikhailo da bombardman başladıqda ailəsini Macarıstan sərhədinə qədər müşayiət edib, özü isə Kiyevə dönüb. Atası Rusiyanın Nişni-Novqorod şəhərində yaşayır və monastırda işləyir. Mikhailo atasının bu vurhavura baxmayaraq heç zəng etməməsinə təəccüb edib və atasına telefon açıb. Atasıyla danışarkən onun baş verənlər barədə yanlış məlumatlara malik olduğunu başa düşüb: “Atam, mənə “xeyir, bu, müharibə deyil, ruslar Ukraynanı faşistlərdən qoruyur” dedi. Mən rus təbliğatına bundan öncə də bələd idim, amma bu qədərini təsəvvürümə gətirməmişdim. Doğma atam mənə inanmır. Halbuki, anam və nənəm də mənimlə birlikdə hamam otağında gizlənirlər”. Mikhailo da məlumatsızlığın və yanlış məlumatlara sahib olmanın səbəbini Rusiya mediasının davamlı yalan informasiyalar üzərində çalışması ilə izah edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual