"Döyüşəcəyik"! - Zirzəmidə nənəsiylə birlikdə “molotof” düzəldirlər
Yusif Nəzərli
21:10 04.03.2022
Dünya
448
Rusiya işğalına qarşı dirənişə qatlanlardan biri də İngiltərə vətəndaşı ilə ailə qurmuş Sabinadır. Sabina müharibə xəbərini duyar-duymaz Ukraynaya yol alıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Ukrayna Prezidenti V.Zelenskinin “hamını işğala qarşı birləşməyə çağırıram. Hər kəs gəlib rus ordusuna qarşı bizimlə yan-yana döyüşə bilər”, müraciətindən sonra Sabina da bu ölkəyə axın edənlərdən biri olub. Sabinanın həyat yoldaşı Maykl Böyük Britaniya Kral Dəniz Donanmasında xidmət edib.
İndi isə hər ikisi Ukraynanı müdafiə etmək üçün bu ölkəyə gəlib. Bombardmanlar başladıqda Maykl həyat yoldaşı və anası Oksana ilə nənəsi Larisanı Kiyevdən bir neçə kilometr məsafədə olan mənzillərinə aparıb. Qadınlar mənzilin zirzəmisində kustar üsulla “molotof kokteyli” düzəltməyə başlayıblar.
Bu silahdan rus tanklarına qarşı istifadə edəcəklərini deyirlər. Maykl Sabina ilə Ukraynada snayperlik edərkən tanış olub. Ailə “molotof kokteyli”ni tanklara necə atmaq lazımdır, videolar vasitəsiylə öyrənir. Sabina nənəsinin mənzilində zirzəminin hərbi sığınacağa çevrildiyini deyir: “molotof kokteyl"i düzəldəcəyimi ağlıma da gətirməzdim. Amma buna məcburuq.
Hər şeyə hazır olmalıyıq. Biz Ukraynanı tərk edə bilərdik. Ancaq getmədik. Burada qalıb döyüşəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual