
Dünya təşvişdə!- Nüvə silahı təhlükəsi... - İkinci “Çernobıl” fəlakəti!
Yusif Nəzərli
12:01 05.03.2022
Dünya
845
Rusiya-Ukrayna müharibəsi nüvə silahı təhlükəsini yenidən gündəmə gətirib.
Nüvə silahından istifadə ehtimalı ikinci “Çernobıl” fəlakəti qorxusu ilə dünyanı təşvişə salıb.
"Sherg.az"ın məlumatına görə, 80 ildir mövcud olan nüvə silahları bir çox ölkələr tərəfindən öz milli təhlükəsizliyini təmin edən çəkindirici təhlükə kimi qəbul edilir.
Dünyada nüvə silahına malik 9 ölkə məlumdur: Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, ABŞ və İngiltərə.
Dünyada ən çox Rusiyanım nüvə silahı var.
Rusiya ordusunun Ukrayna müharibəsi səbəbilə Prezident Vladimir Putinin xüsusi döyüş vəziyyətinə salınmasını əmr etdiyi nüvə silahlarının inventarında 6257 döyüş başlığının olduğu təxmin edilir.
ABŞ Rusiyadan sonra ən çox nüvə silahlı ikinci ölkədir. Amerika ordusunun inventarında 5600 nüvə silahı məlumdur.
Çinin 350 nüvə silahının, o cümlədən uzaqmənzilli qitələrarası və 13 min kilometrlik ballistik raketlərin olduğu bildirilir.
Çindən sonra ən çox nüvə silahlı ölkə Fransadır. Fransa 1950-ci illərin sonunda nüvə silahı istehsal edib və 1960-cı ildə ilk bombanı sınaqdan keçirib.
Ölkənin ehtiyatında təxminən 290 nüvə silahı mövcuddur.
1952-1991-ci illər arasında İngiltərə 45 nüvə silahını sınayıb. Britaniyanın Strateji Müdafiə Sənədi, Böyük Britaniyanın milli təhlükəsizliyin təminatını əsas gətirərək, nüvə silahlarına malik olmağa davam etməyi tövsiyə verir. Böyük Britaniya 225 nüvə başlığına sahibdir.
Son illərdə Pakistan nüvə enerjisindən həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etməyə imkan verəcək texnologiya əldə etməyə çalışır. Məlumatlara görə, ölkə 165 nüvə silahına malikdir.
Pakistanın ardıncı Hindistan gəlir. Hindistan mülki nüvə enerjisi proqramında Rusiyadan yardım alır. Onun inventarında 160 silah var.
İsrail dünyada ciddi nüvə silahına sahib ölkələr sırasında hesab olunur. İsrailin nüvə silahlarının 30-a yaxınının döyüş təyyarələri tərəfindən daşınan idarə olunmayan bombalar, 60-a yaxınının isə orta mənzilli ballistik raketlərin daşıdığı döyüş başlığı olduğu təxmin edilir.

Nüvə marağı ilə tanınan, lakin ən az silaha malik Şimali Koreyanın inventarında isə 45-ə yaxın nüvəsi var.
Mənbə: EN SON HABER
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi