Əfqanıstanda internet bərpa olundu
13:57 01.10.2025
Dünya
274
Əfqanıstanda internet bərpa olunub.
Bakupost.az xəbər verir ki, bu barədə Tolo News öz Telegram kanalında bildirib.
"Mənbələr ölkədə internetin yenidən işlədiyini bildiriblər", - xəbərdə deyilir.
Qeyd edək ki, sentyabrın 29-da Taliban "əxlaqı qorumaq" adı altında bütün Əfqanıstanda internet xidmətini kəsib.
Sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb. Bu əmri Əfqanıstan lideri Heybətullah Axundzadə “əxlaqsızlığa” qarşı mübarizə çərçivəsində verib. Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.
Bunun ardınca Əfqanıstanın şimal və qərbində internet kəsilməsi səbəbindən Kabil Hava Limanında xidmətdə fasilələrin yaşandığı bildirilib. Bəlx, Taxar, Baqlan və Bədəxşan əyalətlərindən gələn sərnişinlər internet xidmətinin olmaması səbəbindən biletləri onlayn olaraq təsdiq edə, səyahət təfərrüatlarını turizm agentlikləri ilə razılaşdıra və digər xidmətləri ala bilməyiblər.
Bundan əvvəl Taliban Əfqanıstan universitetlərində qadınların müəllifi olduğu kitabları qadağan etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət