Qazaxıstan hücuma görə neft nəqlini dayandırdı

Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra Atırau–Samara magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum noyabrın 2-nə keçən gecə baş verib. Bununla əlaqədar neftin nəqli dayandırılıb. Hazırda müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirirlər:

“Neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpası gözlənilir”.

Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini qeyd edib.