Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Polşanın BMT-dəki səfiri Kşiştof Şerski təşkilatdakı diplomatik missiyasını başa çatdıracaq.

"Report" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Polşanın BMT-dəki səfiri Kşiştof Şerski xarici işlər naziri Radoslav Sikorskidən BMT-dəki diplomatik missiyasının müddətinin qısaldılmasını xahiş edib. Nazir Sikorski bu xahişi yerinə yetirib. Səfir Şerski missiyanı bu ay başa çatdıracaq", - Vevyur qeyd edib.