Ərdoğanın Blinkenlə müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Yusif Nəzərli
18:17 06.01.2024
Dünya
627
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib.
Sherg.az APA -ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.
“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub”, - bəyanatda deyilir.
Blinken və Ərdoğan həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.
***
Saat 15:37
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, görüş İstanbulda Vahdettin Köşkündə keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət