
Ərdoğanın yolu bu dəfə Misirədir - GÖZLƏNTİLƏR
00:34 02.02.2024
Dünya
677
Türkiyə prezidenti Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara diqqət yönəldəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edəcək. Yaxın Şərqdə baş verən son hadisələr fonunda bu səfər diqqət çəkir. Türkiyə prezidentinin səfəri son 10 ildə ilkdir. Bu baxımdan səfəri tarixi hadisə kimi qiymətləndirmək olar. Ümumiyyətlə, iki ölkənin münasibətlərinin pisləşməsi “Ərəb baharı” adlanan etiraz dalğası dövründə başlayıb. 2011-ci ilin fevral ayında Misirin ovaxtkı lideri Hüsnü Mübarəkin 29 illik hakimiyyətinə son qoyuldu. 2012-ci ilin iyununda keçirilən seçkilərdə Azadlıq və Ədalət Partiyası qalib gəldi və yeni prezident Məhəmməd Mursi oldu.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Mursinin prezidentlik dövrünü Misir-Türkiyə münasibətlərinin qızıl dövrü adlandırmaq olar, amma onun hakimiyyəti uzun çəkmədi. 2013-cü ildə Misirdə "Üsyan" adı altında birləşən qruplar Mursiyə qarşı kütləvi etirazlar təşkil etdilər:

"2013-cü il iyulun 3-də ozamankı Baş Qərargah rəisi Sisinin rəhbərlik etdiyi Misir ordusu hakimiyyəti ələ keçirdi. Əbdülfəttah Sisin hakimiyyətə gəlməsi Türkiyə-Misir münasibətlərini pisləşdirən nüans oldu. Misir rəhbərliyinin Türkiyə səfirini “persona non qrata” elan etməsi isə iki ölkə münasibətlərini daha da gərginləşdirdi. Rəsmi Ankara səfirin “persona non qrata” elan edilməsinə analoji addımla cavab verdi. Beləliklə, Ankara ilə Qahirə arasında münasibətlər müvəqqəti işlər vəkilləri ilə təmsilçilik səviyyəsinə endi. 2013-cü ilin yayından etibarən Türkiyə hökuməti həm Misirin yeni rəhbərliyini, həm də baş verənləri çevriliş kimi qiymətləndirməyən Qərb ölkələrini sərt tənqid etməyə başladı. Münasibətlərdəki gərginlik xarici siyasətdə də hiss edilirdi. Liviya, Şərqi Aralıq dənizi məsələlərində Qahirə və Ankara əks mövqelərdən çıxış edir, hətta Liviyadakı vətəndaş müharibəsi fonunda birbaşa olmasa da, proksilər səviyyəsində hərbi gərginliyə belə gedilirdi. Bu baxımdan indiki məqamda Ərdoğanın Misirə səfər etməsi on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək baxımından olduqca vacibdir".
Analitikə görə, son illərdə iki ölkə arasında müəyyən yumşalmalar hiss edilirdi: "2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviya ilə müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verildi. 2020-ci ilin avqust ayında isə bununla bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı. Misirin bu jestinə Türkiyə tərəfi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsilə məmnunluğunu ifadə etdi. 2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı. Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar. Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına qarşı vetosunu geri götürdü. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən futbol üzrə Dünya Çempionatının açılışında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin əlini sıxdı".
T.Rzayev hesab edir ki, Türkiyə prezidentinin Misirə səfəri həm münasibətlərin normallaşması, həm də Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcək: "Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflərin sülh istiqamətində ortaq addımlar atmaq, müəyyən məsələlərdə İsrailə təzyiqlər etmək və Qərbində dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələləri müzakirə etməsi istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat