
Ərəstun Oruclu: Leqallaşma çətənənin hər kəs tərəfindən qəbul edilməsi demək deyil
09:19 16.02.2024
Dünya
656
Ukrayna Prezidenti Vladimir Zelenski tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun imzalayıb.
bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.
“Xərçəng, müharibə nəticəsində yaranan posttravmatik stress pozğunluğu ilə bağlı xəstələrin zəruri müalicəyə çıxışının genişləndirilməsi məqsədi ilə tibbi kannabisin (çətənə) bitkilərinin dövriyyəsini tənzimləyən qanun layihəsi Prezident tərəfindən imzalanıb”, - deyə vurğulanıb.
2023-cü ilin dekabrında Ali Rada tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib.
Qanun rəsmi dərc edildikdən altı ay sonra qüvvəyə minəcək.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib ki, kannabisin leqallaşdirilması dünyanın bir çox ölkələrində baş verib:

“Məsələ burasındadır ki, çətənə təkcə narkotik maddə kimi istifadə olunmur. Yəni tibbi kannabis tərkibində olan maddələrdən müxtəlif dərman tərkibli vasitələrinin istehsalı üçün istifadə edilən xammaldır. Qanunda da qeyd edildiyi kimi sadəcə olaraq tibbi məqsədlər üçün istifadə edilir. Sovet Sosialist Respubilikalar İtttifaqı (SSRİ) zamanı kannabisin narkotik istifadəçiləri tərəfindən qəbulu təqib edilirdi. Amma bu maddə həmin dövrdə də tibbi məqsədlər üçün çox geniş şəkildə istifadə olunub. Hətta Stalinin zamanında ən çox ixrac edilən məhsul tibbi təyinatlı kannabis olub. Hətta Amerikanın bəzi ştatlarında insanların kannabisdən siqaret kimi istifadə etməsinə icazə verilir. Əvvəllər isə onun satışına görə insanlar həps olunurdu. Ümumiyyətlə isə kannabisin tibbi məqsədlər üçün qəbulunda qeyri-adi heç nə yoxdur. Ukraynada kannabisin kimlər tərəfindən yetişdirilməsinə ilk öncə lisenziyalar veriləcək. Daha sonra ona ciddi şəkildə nəzarət olunmalıdır. Çünki qeyri-qanuni yetişdirənlər əvvəlki qaydada təqib edilir. Yəni leqallaşma çətənənin hər kəs tərəfindən qəbul edilməsi demək deyil. əksinə olaraq leqallaşma tibbi tərkibli kannabisin dövlət nəzarətinə götürülməsi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət