
Ermənistan Qərb ilə Rusiya arasında hərbi poliqona çevriləcək -ŞOK PROQNOZ
11:37 10.09.2024
Dünya
504
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə çıxışı zamanı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər, bu ehtimalı istisna etmək olmaz.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təşkilatda iştirakını dondurduğunu açıqlamışdı. Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə brifinqdə bildirmişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərə malikdir. O, Rusiya tərəfinin İrəvanın KTMT-də tam iştirakının bərpasına ümid etdiklərini söyləmişdi.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının uzun müddətdir müzakirə obyekti olduğunu bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, bu İrəvan və Moskva xəttində davam edən gərginliyin təzahürüdür:

“Bu eyni zamanda Qərbin direktivlərindən biridir. Çünki Qərb çalışır ki, Ermənistanı mümkün qədər Rusiyanın təsirindən çıxarsın və Cənubi Qafqaz regionunda suları bulandırsın. Yəni Ermənistanın KTMT-dən çıxmasıyla həm İrəvan və Moskva xəttində, həm də Cənubi Qafqazda vəziyyət gərginləşəcək. Onsuz da Ermənistan faktiki olaraq KTMT-dən üz döndərib. Geriyə isə Ermənistanın KTMT-dən hüquqi olaraq çıxması qalıb. Şübhəsiz ki, Ermənistanın KTMT-dən çıxması ilə Rusiya ciddi heç nə itirməyəcək. Çünki Ermənistan KTMT daxilində ciddi aktor deyil. Amma Ermənistanın KTMT-dən çıxması Rusiyaya meydan oxuma cəhdi ola bilər ki, rəsmi Moskva buna sərt reaksiya göstərəcək. Biz eyni ssenarinin Şərqi Avropada müşahidə etdik. Qərb Ukraynanın əliylə Rusiyanın damarına basaraq onu aqressiv mövqeyini ortaya qoymağa məcbur etdi. İndi də eyni prosesi Cənubi Qafqazda Ermənistan üzərindən aparmağa çalışırlar. Ermənistanın KTMT-dən hüquqi cəhətdən çıxması rəsmi İrəvanın təhlükəsizliyi üçün yeni təhdidlər deməkdir. Eyni zamanda Cənubi Qafqazda vəziyyət gərginləşəcək və Ermənistan Qərb ilə Rusiya arasında hərbi poliqona çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə