Qadağan olunmuş əşyaların müsadirə edilməsi məqsədilə Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ölkənin ədliyyə naziri Jerald Darmanin BFM TV-də 80 həbsxanada aparılan axtarışlar nəticəsində 1100 mobil telefonun, 10 kiloqram narkotikanın və 1500 qadağan olunmuş əşyanın - “ağıllı” eynəklərin və s.-nin müsadirə edildiyini açıqlayıb.
O, ümumilikdə həbsxana sisteminə hazırda təxminən 4 min əlavə mühafizəçinin tələb olunduğunu diqqətə çatdırıb.
Qeyd edilir ki, Fransa həbsxanalarında müvafiq əməliyyatlar il sonunadək davam edəcək.