Fransada öldürülən yeniyetmənin anası: “Ərəb simasını gördü və öldürmək istədi”
Yusif Sultanoğlu
11:12 01.07.2023
Dünya
506
İrqçilik və ayrı-seçkilik həmişə çətin siyasi məsələlər olub. Lakin özünü unikal dünyəvi ölkə kimi dəyərləndirən, fərqlilik markerlərini aradan qaldırmaqla və ilk növbədə bütün vətəndaşları fransıza çevirməklə hamı üçün bərabərliyi təmin etməyə çalışan Fransada bu məsələlər çətin xarakter daşıyır.
Praktikada Fransa respublikaçılığındakı bu bağlılıq tez-tez hökumətə mane olur ki, vətəndaşların irqi əlamətlərinə görə fərqləndirilməsinə gətirib çıxaracaq addımlar atsın.
Öldürülən Əlcəzair əsilli, 17 yaşlı Nahel adlı gəncin anası Muniya da digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğuna inanır. Bu barədə “France 5” telekanalına müsahibə verən Muniya qeyd edib ki, o, bütünlüklə polis qüvvələrini deyil, məhz oğlunu qətlər yetirmiş polis zabitini günahlandırır.
“O, ərəbin üzünü gördü və onu öldürmək istədi”, - deyə Muniya oğlunu qətlə yetirən polis barədə iddia irəli sürüb.
“Gənclərin bu şəkildə öldürülməsi nə vaxta qədər davam edəcək? Neçə ana mənim aqibətimi yaşayacaq? Nəyi gözləyirlər?”, - deyə o əlavə edib.
Ölkənin Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı bəyanatında Nahelin ailəsinə başsağlığı verib.
Nanter şəhərinin prokuroru Paskal Praçenin sözlərinə görə, yeniyetməni öldürən zabit onun avtomobili kiminsə üstünə sürməsindən qorxub və bu səbəbdən atəş açıb.
Praçe bildirib ki, zabit qanunsuz hərəkətə yol verib. Hazırda ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Naheli güllələməkdə təqsirləndirilən zabitin vəkili Loran-Frank Linar isə Fransanın RTL radiosuna müsahibəsində müvəkkilinin qanuna uyğun hərəkət etdiyini bildirib. O iddia edib ki, müvəkkilinin məhkəməyə cəlb edilməsi siyasi xarakter daşıyır və zorakılıq ətrafında gərginliyi azaltmaq məqsədi güdür.
Vəkil əlavə edib ki, polis zabiti Naheli öldürmək istəməyib və yeniyetmənin ölümü zabitə olduqca pis təsir edib. “Bu hadisə bir saniyə ərzində baş verib. Ola bilər ki, o səhv edib, bunu ədalət göstərəcək”, - deyə Linar vurğulayıb.
Qeyd edək ki, yüksək səviyyəli məmurların məsələnin araşdırılması üçün ədliyyə sisteminə vaxt verilməsi və səbirli davranışlar sərgilənməsi ilə bağlı çağırışlarına baxmayaraq, Fransa daxilində xeyli sayda insan, xüsusilə də rənginə görə polis ayrı-seçkiliyinin qurbanı olmuş gənc insanlar şok və qəzəb içindədirlər. Və bu qəzəb üç gecədir ki, ölkə daxilində şiddətli etirazların və iğtişaşların alovlanmasına gətirib çıxarıb.
Solçu siyasətçilər və bəzi fəallar polisdə islahatlar edilməsinə çağırışlar ediblər. Onlar odlu silahdan istifadə ilə bağlı polisə daha çox imkanlar verən 2017-ci ildə qəbul edilmiş qanunun ləğvini tələb ediblər.
Mənbə: CNN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat