G7 XİN rəhbərləri Şimali Koreyanı Rusiyaya silah ötürməkdə ittiham ediblər
08:10 08.11.2023
Dünya
430
Yeddilik Qrupu (G7) ölkələrinin XİN rəhbərləri Şimali Koreyanı Rusiyaya silah ötürməkdə ittiham ediblər.
APA Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən Yeddilik Qrupu (G7) ölkələrinin XİN rəhbərlərinin Sammiti zamanı bildirilib.
Sammit iştirakçıları Pxenyanın dəfələrlə ballistik raket atmasını da kəskin şəkildə pisləyiblər:
“İclas iştirakçıları Şimali Koreyanın dəfələrlə ballistik raketlər atmasını, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini birbaşa pozan Pxenyandan Moskvaya silah tədarükünü kəskin şəkildə pisləyiblər”, - deyə XİN-in bəyanatında qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusyaya Şimali Koreyadan silah göndərilməsi ilə bağlı Vaşinqtonun iddialarını şayiələr adlandırmışdı.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da Pxenyanın Rusiyaya guya silah tədarükü ilə bağlı xəbərləri əsassız və qeyri-dəqiq adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya