Görənləri heyrətləndirdi: Dünyanın ən dərin yerində pivə şüşəsi tapılıb
09:00 16.02.2024
Dünya
512
Tədqiqatçılar dünya okeanının ən dərin nöqtəsi olan “Mariana çuxuru”nda heyrətə səbəb olan əşya tapıb. Bu, dənizə atılmış pivə şüşəsidir. Dənizə çox əşyalar, o cümlədən də şüşə və plastik qablar atılır. Lakin tədqiqatçıları heyrətləndirən bir pivə şüşəsinin dünya okeanının 11 kilometr dərinliyində tapılmasıdır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, tədqiqatçılar dünyanın ən dərin yeri sayılan ”Mariana çuxuru”na eniblər. ABŞ-nin Oregon Dövlət Universitetinin coğrafiya və okionografiya üzrə professoru Don Rayt 2022-ci ildə insanların planeti geri dönüşü olmayan bir tərzdə çirkləndirdiyini söyləyib. “Los-Angeles Times”ın xəbərinə görə, pivə şüşəsinin tapıldığı sualtı tədqiqatın ilk hədəfi “Mariana çuxuru”'ndakı “Challenger Deep”in, yəni okeanın ən dərin nöqtəsinin "daha öncə ziyarət edilməmiş bir bölgəsini" kəşf etmək olub. Tədqiqatçılar ikinəfərlik oturacağı olan sualtı qayıqla Sakit Okeanın ən dərin nöqtəsinə eniblər və tədqiqata başlayıblar. Burada pivə şüşəsi gördükdə isə çox heyrətləniblər. Onları təəccübləndirən həm də pivə şüşəsinin etiketinin pozulmamış halda qalması və bu şüşənin okeanın ən dərin nöqtəsinə necə gəlib çatmasıdır. Deməli, bir insanın atdığı şüşə insanlardan daha öncə okeanın ən dərin nöqtəsini “ziyarət edib”. Bu isə insanların təbiəti necə çirkləndirdiyinin, təbiətə divan tutduqlarının əyani göstəricisidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət