Gürcüstanda Şərq-Qərb qarşıdurması: Seçkiləri kifayət qədər kritik olacaq -PROQNOZ
13:20 29.08.2024
Dünya
533
Prezident Salome Zurabişvili rəsmi olaraq parlament seçkilərini oktyabrın 26-na təyin edib. Bu barədə Zurabişvili prezident administrasiyasında brifinq zamanı məlumat verib. O bildirib ki, 26 oktyabr Gürcüstan vətəndaşları üçün qərar vermə, seçim və qurtuluş günüdür:
"Bu seçim uzun illər ölkənin taleyini həll edəcək, ona görə də bir prezident kimi deyə bilərəm ki, bu adi seçki deyil, bu uzun illər ölkənin taleyini həll edəcək bir seçkdir”, - deyə Salome Zurabişvili bildirib. Qeyd edək ki, 27 avqust tarixindən etibarən seçkiqabağı təbliğat və təşviqat kampaniyasına start verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş seçkiqabağı təşviqat çərçivəsində bir sıra qaydalar qüvvəyə minib. Bu barədə məlumatı isə MSK-nın mətbuat katibi Natia İoselian keçirdiyi birifinq zamanı bildirib. Onun sözlərinə görə, seçki prosesinin qanunvericiliyə tam uyğun, şəffaf və yüksək peşəkar səviyyədə keçirilməsi üçün seçki administrasiyası hazırdır: "2024-cü il oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçiriləcək. Gürcüstan prezidenti bu gün seçkilərin təyin edilməsi ilə bağlı hüquqi akt imzalayıb. Oktyabrın 26-da seçicilər proporsional seçki sistemi əsasında Gürcüstan parlamentinin 150 deputatını dörd il müddətinə seçəcəklər. Gürcüstan seçkiləri tarixində ilk dəfə oktyabrın 26-da seçki administrasiyası elektron seçki texnologiyalarından ən geniş miqyasda istifadə edəcək və seçicilərin demək olar ki, 90%-i elektron vasitələrdən - yoxlanış və səslərin hesablanması maşınlarından istifadə etməklə səs verəcək. 2262 seçki məntəqəsində elektron səsvermə, 768 seçki məntəqəsində ənənəvi səsvermə də daxil olmaqla, ümumilikdə 3030 seçki məntəqəsi açılacaq”, - deyə MSK-nın sözçüsü bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstanda keçirilən parlament seçkiləri kifayət qədər kritik olacaq:
“Çünki nəzərə almaq Gürcüstanda siyasi həyat qütbləşib. Bir tərəfdən hökumət Qərbə inteqrasiya, Avropa İttifaqı və NATO-nun üzvü olmaqdan imtina edərək Rusiya və Çin ilə yaxınlaşma yolunu tutub. Digər tərəfdən isə müxalifəti zəiflətməyə və Qeyri Hökumət Təşkilatlarına nəzarət etmək istəyir. Müxalifət vətəndaş cəmiyyəti təşkilatları isə hökumətin bütün siyasətinə qarşı çıxırlar. Qərb xüsusilə də Amerika Birləşmiş Ştatlarının isə müxalif qurumları dəstəkləyəcəyi bəllidir. Açıq şəkildə Gürcüstanda Şərq-Qərb qarşıdurması gedir. Amma parlament seçkilərində müxalifətin qalib gəlmə şansının çox az olduğunu düşünürəm. Çünki hakimiyyət əlində olan inzibati resurslardan istifadə edərək müxalifətin qələbəsini tanımağa çalışmayacaq. Eyni zamanda, seçkinin hakimiyyətə sərf edəcəyi şəkildə ikinci tura qalması da mümkündür. İstənilən halda "Gürcü arzusu "partiyası çox kəskin danışır və hakimiyyətə daha güclü şəkildə gələ biləcəklərini bildirirlər”.
Ekspert qeyd edib ki, seçkilərdən sonra küçə iğtişaşlarının başlaması da mümkündür:
“Müxalifət iqtidarın, iqtidar isə müxalifətin qələbəsini tanımayacaq. Rusiya Federasiyası Xarici Kəşfiyyatı məlumat verib ki, Gürcüstanda rəngli inqilab ola bilər. Əlbəttə, Gürcüstanda hadisələrin gedişi Rusiya və Ukrayna müharibəsi ilə hansısa şəkildə bağlıdır. Çünki Gürcüstanda ABŞ qalib gələrsə, Rusiyanın Ukraynada müharibə aparması çətinləşəcək. Əksinə olaraq Gürcüstanda Rusiya qalib olarsa, həmin zaman rəsmi Moskvanın nüfuzu güclənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm