Həm silah dəstəyi, həm də atəşkəs turu: Blinken yenidən Yaxın Şərqdə
08:48 22.10.2024
Dünya
434
İsrailə silah dəstəyini davam etdirən Amerika Yaxın Şərqdə atəşkəs danışıqlarını da davam etdirir. ABŞ dövlət katibi Antoni Blinken bu gün ilk səfərini İsrailə edir.
Sherg.az xəbər verir ki, İsrailin Qəzza və Livanı bombalaması fonunda ABŞ dövlət katibi Antoni Blinken girovlarla bağlı razılaşma əldə etmək və döyüşlərə son qoymaq üçün yeni Yaxın Şərq turuna başlayıb.
Blinkenin ilk dayanacağı Tel-Əviv olsa da, onun İsrailin baş naziri Binyamin Netanyahu və prezident Yitzak Hersoqla görüşü gözlənilir.
Blinken danışıqlar zamanı İsrailə son raket hücumundan sonra İrana qarşı cavab tədbirlərinin dozasını azaltmağa ümid edir.
İsrailin “Haaretz” qəzetinə görə, Amerika rəsmiləri Blinkenin dalana dirənmiş girovlarla bağlı danışıqları canlandırmaq şansının az olduğunu düşünür.
Blinken, HƏMAS-ın "Əqsa tufanı" əməliyyatından sonra İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri bölgəyə 11-ci səfərini edir.
ABŞ bölgədə atəşkəs üçün vaxtaşırı bəyanatlar verir, görüşlər təşkil edir, lakin İsrailə hərbi yardımı kəsməyi planlaşdırmır.
ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinin oktyabrın 13-də İsrailin müdafiə naziri Yoav Gallanta göndərdiyi məktub mətbuata sızıb. Məktubda xəbərdarlıq edilib ki, İsrail 30 gün ərzində Qəzzadakı humanitar böhranın həlli istiqamətində mühüm addımlar atmasa, Vaşinqtonun İsrailə silah tədarükünün risk altında olacaq.
Bunun ardınca İsrail ordusu humanitar yardım daşıyan 50 yük maşınının Qəzza zolağının şimalına köçürüldüyünü açıqlayıb.
Bununla belə, ABŞ-ın “Politico” xəbər saytının məlumatına görə, Bayden administrasiyası Qəzzaya yardıma tətbiq etdiyi məhdudiyyətlər barədə İsrailə xəbərdarlıq etsə də, ABŞ İsrailə silah embarqosu tətbiq etməyi düşünmür.
"Politico"-ya danışan anonim mənbələr Baydenin Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi nümayəndəsi Lise Qrandenin avqust ayında Vaşinqtonda humanitar yardım qrupları ilə görüşdüyünü bildirib.
Həmin görüşdə Qrande deyib ki, İsrail Vaşinqtonun yardımdan imtina etməyəcəyi “çox az müttəfiqlərdən ibarət dar bir dairənin” bir hissəsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə