Hökumət sözçüsü: Pezeşkian hələ Zərifin istefasını qəbul etməyib
13:21 03.03.2025
Dünya
393
İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
APA xəbər verir k, bu barədə Hökumət sözçüsü Fatimə Mohacerani bildirib.
“Cənab Zərif istefa ərizəsini prezidentə təqdim edib, lakin bu hələ Prezident Məsud Pezeşkian tərəfindən qəbul edilməyib”, - Hökumət sözçüsü qeyd edib.
Qeyd edək ki, İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif ötən axşam vəzifəsindən istefa verib.
O İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei ilə görüşdən sonra istefa vermək qərarına gəldiyini bildirib: "Dünən ədliyyə orqanının rəhbəri məni görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti vurğulayaraq hökumətə daha çox təzyiq göstərməmək üçün mənə universitetə qayıtmağı tövsiyə etdi".
Zərif son 6 ayda təhqir, böhtan və təhdidlərlə üzləşdiyini, lakin ölkəsinə xidmət etməkdə israrlı olduğunu bildirib.
Bu İranın hazırkı hökumətinin formalaşmasından sonra ikinci dəfədir ki, Cavad Zərif tutduğu vəzifədən istefa verməyə cəhd edir. O, vəzifədən cəmi on gün keçdikdən sonra istefa ərizəsini ilk olaraq avqustun 11-də prezidentə təqdim edib. O vaxt prezident onun ərizəsini qəbul etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya