İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan səkkiz İran raketini məhv etdiyini açıqladı.
Teleqraf "Petra" xəbər agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və maddi ziyan qeydə alınmayıb.
Qeyd olunub ki, Kral Mühəndislər Korpusunun qrupları bir neçə yerə düşən raket qalıqlarını təmizləyib və müəyyən edilmiş texniki prosedurlara uyğun olaraq onların təhlükəsizliyini təmin edib.