İran ballistik raket istehsalını bərpa edib - İsrail

İran 12 günlük müharibədən təxminən altı ay sonra ballistik raketlərin genişmiqyaslı istehsalına yenidən başlayıb.

Axar.az xəbər verir ki, bu haqda İsrailin "Ynet" nəşri məlumat yayıb.

"İsrailin yüksək vəzifəli hərbi nümayəndəsi Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin gizli iclasında İran hökumətinin raket potensialını sürətlə bərpa etdiyini açıqlayıb", - nəşr bildirib.

Məlumata görə, bu xəbərdarlıq Tehranın 5 dekabrda İnqilab Keşikçiləri Korpusunun Fars körfəzində keçirilən böyük dəniz təlimində ballistik və kruiz raketlərindən, eləcə də dronlardan istifadə etdiyini elan etməsindən sonraya təsadüf edir.