İran İsrailə yenidən raket zərbələri endirir

İran ordusu İsrailə qarşı yeni raket zərbələri dalğasını başladıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət radiosu məlumat yayıb.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. İran da buna qarşılıq olaraq İsrail və Körfəz ölkələrini raket və dronlarla zərbələr endirir.