İranda yağışların yağması üçün PUA vasitəsilə buludsəpmə əməliyyatları həyata keçirilir.
Axar.az xəbər verir ki, bu barədə İranın energetika naziri Abbas Əliabadi məlumat verib.
Əliabadi ölkə daxilində buludsəpmə əməliyyatlarının indi daha sistemli, elmi məlumatlara əsaslanan şəkildə həyata keçirildiyini bildirib:
“Bu çərçivədə ötən il ərzində ölkənin 31 vilayətində 61 PUA əməliyyatı və 2 min saat quru əməliyyatı həyata keçirilib”.
İranlı nazir qeyd edib ki, buludsəpmə əməliyyatları xüsusilə Urmiya gölü, Zəyəndə-Rud, Tehran, Əlburz, Fars və Xorasanda icra edilir.